• cümə axşamı, 18 aprel, 08:35
  • Baku Bakı 12°C

Vurulmuş Ukrayna təyyarəsinə görə beş ölkə İrandan kompensasiya tələb edib

16.01.20 22:01 775
Vurulmuş Ukrayna təyyarəsinə görə beş ölkə İrandan kompensasiya tələb edib
Kanada, Böyük Britaniya, İsveç, Əfqanıstan və Ukrayna "Boeing” təyyarəsinin vurulmasına görə İrandan kompensasiya tələb ediblər.
AZƏRTACxarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Kanadanın Xarici işlər naziri Fransua-Flipp Şampan həmin ölkələrin nümayəndələrindən ibarət qrupun Londonda keçirilən görüşünün yekunları barədə danışarkən bildirib. "İran kompensasiya ödəməlidir”, - deyə o bəyan edib.
Qeyd olunan beş ölkə qəza qurbanlarının qohumlarına təhqiqatın gedişində qəzanın səbəbləri barədə toplanan bütün informasiyanı çatdırmaq və onlara lazımi kömək göstərmək məqsədilə xüsusi qrup yaradıb.
Xatırladaq ki, yanvarın 8-də səhər saatlarında Tehranın İmam Xomeyni aeroportundan Kiyevə uçuş həyata keçirməli olan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus "Boeing-737” təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. Hadisədən üç gün sonra İran tərəfi təyyarənin səhvən raketlə vurulduğunu etiraf edib.
banner

Oxşar Xəbərlər