VTB (Azərbaycan) xeyriyyəçilik fəaliyyətinə görə mükafat alıb
Bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yuri Yakovlev Bakı və
Xəzəryanı Yeparxiya tərəfindən müqəddəs apostol Varfolomey medalı ilə təltif
olunub. Mükafat bankın xeyriyyəçilik fəaliyyəti və ictimai dəstək üçün
reallaşdırılan layihələrdə fəal iştirakına görə verilib.
Xeyriyyəçilik fəaliyyəti VTB (Azərbaycan)-ın sosial-korporativ
siyasətinin əsas hissəsidir. Bank səhiyyə, təhsil, mədəniyyət və idman
sahəsində xeyriyyə və sponsorluq layihələrinin reallaşdırılmasına böyük
əhəmiyyət verir.
Belə ki, bu yaxınlarda bank tərəfindən həyata keçirilən sosial
layihələrdən biri "Ümid Yeri” sığınacağının uşaqları üçün kompüter sinfinin
yaradılması olub. Bankın vəsaiti hesabına sinif otağı tam şəkildə təmir olunub
və nəinki kompüter və printerlə, eləcə də tələb olunan mebellə də təmin edilib.
Digər xeyriyyə layihəsi çərçivəsində VTB (Azərbaycan) tədris ili ərəfəsində
aztəminatlı ailələrdən olan 100 uşağı lazımi məktəb ləvazimatı ilə təmin edib.
Bankın korporativ sosial siyasətində mədəni tədbirlərin, xüsusilə Rus
Dram Teatrının tamaşa və qastrollarının dəstəyinə önəmli yer ayrılır. Eyni
zamanda, VTB (Azərbaycan)-ın dəstəyi ilə 11 saylı internat-məktəbin şagirdləri
dəfələrlə bu teatrın tamaşalarına gediblər.
Bundan başqa, bir neçə il ərzində VTB (Azərbaycan) ölkənin şahmat
federasiyasını dəstəkləyib, Suraxanı rayonu Hövsan qəsəbəsindəki yeniyetmələr
üçün basketbol dərnəyinə maliyyə yardımı edib. Xeyriyyə təşəbbüsləri
çərçivəsində bankın kollektivi hər il talassemiya xəstəliyi olan uşaqlar üçün
könüllü qanvermə aksiyaları təşkil edir.