• cümə, 19 Aprel, 16:46
  • Baku Bakı 25°C

VTB (Azərbaycan) bankomat şəbəkəsini genişləndirib

26.09.17 11:55 1297
VTB (Azərbaycan) bankomat şəbəkəsini genişləndirib
VTB (Azərbaycan) paytaxtın müxtəlif yerlərində yeni bankomatlar quraşdıraraq? bankın ATM şəbəkəsini genişləndirib.
Bankdan Kaspi.az-a verilən məlumatda bildirilir ki, Bakının aşağıda qeyd olunan sıx nöqtələrində beş yeni bankomat quraşdırılıb:
• Mərdanov qardaşları küçəsi, "Xəqani” bağı (keçmiş Molokan bağı) ilə üzbəüz;
• Bül-Bül prospekti 26;
• Həsən Əliyev küç. 1 ünvanında yerləşən «Mega Store» supermarketində;
• Gənclik küç. 27 (Bakıxanov qəsəbəsi) ünvanlarında yerləşən «Mega Store» supermarketində;
• Z.Bunyadov pr. 77E (Dərnəgül şossesi) ünvanındakı «Seramik Plaza» mağazasında.
Beləliklə, VTB (Azərbaycan)-ın hazırda 16 bankomatı müştərilərə xidmət göstərir. 24/7 prinsipi ilə fasiləsiz çalışan bankomatlarda müştərilər nağdlaşdırma, hesabdan çıxarışın alınması, 3D Secure xidməti üçün PİN-kodun alınması, kartdan karta pul vəsaitlərinin köçürülməsi (Card to Card xidməti), eləcə də kartı olmayan şəxsə öz kartından pulun köçürülməsi (Cash by Code) kimi xidmətlər üzrə əməliyyatlar həyata keçirə bilər.
VTB (Azərbaycan)-ın bütün bankomatlarının ünvanı ilə bankın saytında tanış olmaq mümkündür.
banner

Oxşar Xəbərlər