• cümə, 19 Aprel, 12:50
  • Baku Bakı 25°C

“Volvo” “VAZ“-la toqquşub: iki nəfər ölüb, üç nəfər yaralanıb

16.09.13 18:45 1473
“Volvo” “VAZ“-la toqquşub: iki nəfər ölüb, üç nəfər yaralanıb
Bakı-Quba yolunda ağır yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Sumqayıt şəhəri ərazisində qeydə alınıb. Rusiyanın Dağıstandan Respublikasından Azərbaycana yük gətirən “Volvo” markalı maşın Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Seymur Nadirovun idarə etdiyi “VAZ-21014” markalı, 90 NS 714 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.
Nəticədə minik maşınının sürücüsü və avtomobildə olan sərnişin, 1990-cı il təvəllüdlü Rza Bayramov aldıqları xəsarətdən hadisə yerindəcə keçiniblər. Maşında olan daha üç nəfər - 1990-cı il təvəllüdlü Elşən Abdulov, 1988-ci il təvəllüdlü Aqil Nadirov və 1985-ci il təvəllüdlü Nurlan Quliyev isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
banner

Oxşar Xəbərlər