• cümə, 29 Mart, 05:06
  • Baku Bakı 7°C

Volkan Bozkır Fəxri xiyabanı, Şəhidlər xiyabanını və “Türk şəhidliyi”ni ziyarət edib

09.04.21 10:42 644
Volkan Bozkır Fəxri xiyabanı, Şəhidlər xiyabanını və “Türk şəhidliyi”ni ziyarət edib
Azərbaycanda səfərdə olan BMT Baş Assambleyasının Prezidenti, 75-ci sessiyasının sədri Volkan Bozkır Fəxri xiyabanını ziyarət edib.
APA-nın məlumatına görə, V. Bozkır Ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, ehtiramını bildirib. O, akademik Zərifə Əliyevanın da məzarı önünə gül düzüb.
V. Bozkır daha sonra Şəhidlər xiyabanında "Əbədi məşəl” kompleksi və şəhid olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, şəhidlərin ruhunaehtiramını ifadə edib.
banner

Oxşar Xəbərlər