• çərşənbə, 24 Aprel, 13:25
  • Baku Bakı 27°C

Övladlarını da danışdırmır

30.10.19 13:27 1031
Övladlarını da danışdırmır
"Arsenal”ın və Rusiya yığmasının sabiq futbolçusu Andrey Arşavin ilk həyat yoldaşından olan övladlarını danışdırmır.
Kaspi.az xəbər verir ki, bu barədə məlumatı Arşavinin sabiq həyat yoldaşı Yuliya Baranovskaya verib. O, Arşavinin narkotik qəbul etdiyinə də işarə vurub:
"Uşaqlara yalan danışmaq olmaz. Mən də bunu etdim, onlara həqiqəti dedim. Hesab edirəm ki, öz övladlarını danışdırmayan valideyn xəstədir. Mental xəstədir. Bu, çox ağır xəstəlikdir.
Bəzən bu xəstəliyi narkotik asılılığı yaradır. Belələri üçün övladlarının olub-olmadığı əhəmiyyət kəsb etmir. Alkoqolizm də ağır xəstəlikdir. Bax, hər şey bu qədər aydındır.
Uşaqlara da demişəm ki, bu məsələnin sizə aidiyyəti yoxdur. Onlara başa salmışam ki, ataları ağır dönəm keçirir. Ona görə də sizi sevə bilmir, yada salmır.
Uşaqları sevməmək mümkün deyil. Bunu bacarmaq üçün mental cəhətdən ağır xəstə olmalısan”.
banner

Oxşar Xəbərlər