• cümə, 29 Mart, 14:44
  • Baku Bakı 14°C

Vladimir Putin: Nasizmə sovet xalqı qalib gəlib

24.06.20 15:45 510
Vladimir Putin: Nasizmə sovet xalqı qalib gəlib
Nasizmə sovet xalqı qalib gəlib. Onlar Sovet İttifaqının bütün respublikalarından olan ən müxtəlif millətlərə məxsus insanlar idi.
AZƏRTACxəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən müharibəsində Qələbənin 75 illik yubileyi münasibətilə iyunun 24-də Moskvada keçirilən hərbi paradda çıxışı zamanı söyləyib.
Rusiya Prezidenti deyib ki, həm ön cəbhədə, həm arxa cəbhədə, həm də partizan dəstələrində sovet xalqı birlikdə mərdliklə mübarizə aparıb. "Biz Böyük Vətən müharibəsində həlak olanların ruhu qarşısında baş əyirik... Sovet xalqı Avropanın azadlığı uğrunda əvəzsiz qurbanlar verib və biz bunu heç vaxt unutmamalıyıq”, - deyə V.Putin vurğulayıb.
banner

Oxşar Xəbərlər