Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Kremlin mətbuat xidmətindənAPA-nın Moskva müxbirinə verilən məlumata görə, telefon danışığı zamanı Vladimir Putin İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
Kremlin məlumatında Rusiya liderinin İlham Əliyevə doğum günü münasibətilə təbrik teleqramı göndərdiyi də qeyd olunub.