• şənbə, 20 Aprel, 13:30
  • Baku Bakı 23°C

Vitse-spiker: “Mən Ermənistan adında dövlət tanımıram”

26.09.13 11:46 1350
Vitse-spiker: “Mən Ermənistan adında dövlət tanımıram”
APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Məclisi sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.
Z.Əsgərov qeyd edib ki, bu bəyanatı tam məsuliyyəti ilə səsləndirir: “Bu gün Ermənistan bütün atributları ilə bizim başa düşdüyümüz mənada dövlət yox, sadəcə, kimlərinsə əlində forpost olan bir qurumdur. Hara istəyirlər, ora dartırlar, kim nə diqtə edirsə, onu deyir və sair. Yəni Ermənistanın müstəqil xarici siyasəti yoxdur ki, oturub onunla danışasan ki, beynəlxalq hüquq var, BMT-nin qəbul etdiyi qərar var, bunları görməyib hara gedirsiz?! Bu gediş qurtarandan sonra hara gedəcəksiniz?”
Z.Əsgərov Ermənistana ismarış da göndərib: “Sizin nə qədər problemləriniz var, iqtisadi vəziyyətiniz günü-gündən ağırlaşır. Hər il yüz minlərlə vətəndaşınız ölkədən qaçıb gedir. Pensiya siyasətiniz pis vəziyyətdədir. Xarici dövlət borcunuz bərbad gündədir. Daxili borclanma milyardları aşıb keçir. Ayılın! Bu vəziyyətə dövlət demək olmaz. Əgər dövlət olsaydılar, oturub onlarla söhbət etmək olardı, amma təəssüf ki, reallıq başqadır. İndi Ermənistan gedib qoşulub Gömrük İttifaqına. Öz işidir, amma maraqlı orasıdır ki, Gömrük İttifaqına daxil olan ölkələrlə heç bir sərhədi yoxdur, quru yolu, dəniz yolu yoxdur. O zaman, ay Ermənistan, bu ittifaqdan nə alacaqsan? Kimin ərazisindən istifadə edəcəksən? Biz başa düşürük ki, bütün bunlar hamısı oyunlardır”.
banner

Oxşar Xəbərlər