AZE | RUS | ENG |


Vitse-spiker: “Dağlıq Qarabağ münaqişəsinin həllində real beynəlxalq vasitəçilik yoxdur”

Vitse-spiker: “Dağlıq Qarabağ münaqişəsinin həllində real beynəlxalq vasitəçilik yoxdur”
"Gürcüstanın Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan və Ermənistan arasında vasitəçi olması mümkün deyil”.
 
Bu barədə APA-nın yerli bürosuna açıqlamasında Gürcüstan parlamentinin vitse-spikeri Sergi Kapanadze deyib. "Ötən ilin aprelində Dağlıq Qarabağ münaqişəsində gərginlik yarananda Gürcüstan tərəfindən vasitəçiliyin təklif edilməsi ilə bağlı düşünülməmiş bəyanatlar oldu. Gürcüstanın münaqişənin həllində vasitəçilik rolunu oynamasını çox istərdim, lakin təəssüflər olsun ki, münaqişə ilə bağlı yaranmış vəziyyət Tbilisinin vasitəçiliyini mümkün etmir”, deyə o, söyləyib.
 
Vitse-spiker hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq vasitəçilik praktiki olaraq yoxdur: "ATƏT-in Minsk qrupu və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri olsa da, real beynəlxalq vasitəçilik yoxdur. Beynəlxalq təşkilatların münaqişələrin həll olunmasında iştirakı nə qədər böyük olsa, onların aradan qaldırılması şansları da bir o qədər çox olacaq. Tərəflərin beynəlxalq vasitəçi olmadan münaqişənin həllinə nail olmaları isə mümkün deyil”.
 
S. Kapanadzenin sözlərinə görə, Cənubi Qafqazda mövcud münaqişələrin oxşar cəhəti ondan ibarətdir ki, Rusiyanın iştirakı olmadan onların həlli mümkün deyil: "Lakin təəssüflər olsun ki, Rusiyanın destruktiv rolu sülh yolu ilə həllin qarşısını alır”.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6853
GBP 1 İngilis funt sterlinqi 2.2538
TRY 1 Türk lirəsi 0.4659
KWD 1 Küveyt dinarı 5.6320
SEK 1 İsveç kronu 0.2095
EUR 1 Avro 2.0028
CHF 1 İsveçrə frankı 1.7405
USD 1 ABŞ dolları 1.7003