• cümə axşamı, 25 aprel, 19:05
  • Baku Bakı 21°C

Vitse-prezidentin evinə hücum etdilər, ölümlə hədələdilər

29.01.20 11:18 1981
Vitse-prezidentin evinə hücum etdilər, ölümlə hədələdilər
"Mançester Yunayted”in vitse-prezidenti Ed Vudvordun evinə basqın olub.
Kaspi.az xəbər verir ki, hadisə yanvarın 28-dən 29-na keçən gecə baş verib. Fanat qruplarından birinin üzvləri Vudvordun evinə tüstü bombası, partlayıcı maddələr atıblar, darvazaları isə rəngləyiblər.
Fanatlar darvazanın üzərinə "Vudvord ölməlidir” təhdidini də yazıblar. Polis araşdırmaya başlayıb. MY isə məsələ ilə bağlı bəyanat yayıb:
"Bizim əməkdaşın evi qarşısında baş verən insident barədə məlumat aldıq. Bilirik ki, bütün dünyası bizimlə birgədir.
Artıq polislə əməkdaşlığa başlamışıq. Günahkarların cəzalanacağına inanırıq. Fanatların etiraz bildirməsi tam başqa, amma əmlaka zərər yetirməsi, ölümlə təhdid etməsi isə taba başqa haldır. Buna heç bir bəraət yoxdur”.
banner

Oxşar Xəbərlər