AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"Vişeqrad qrupu" Azərbaycana maliyyə yardımı ayıracaq

İqtisadiyyat
09 Aprel 2020, 12:00 181
"Vişeqrad qrupu" (Macarıstan, Polşa, Slovakiya və Çexiya) "Şərq Tərəfdaşlığı” ölkələrinə maliyyə yardımı ayıracaq.
"Report” xəbər verir ki, bu barədə Çexiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Gürcüstan, Azərbaycan, Ermənistan, Belarus, Ukrayna və Moldovaya 250 000 avro məbləğində yardım göstəriləcək.
Vəsait "Şərq Tərəfdaşlığı”na üzv ölkələrdə COVID-19 pandemiyasının təsirinə məruz qalan səhiyyə, sosial və iqtisadi sahələrin gücləndirilməsinə yönəldiləcək.
Məlumatda qeyd olunub ki, "Şərq Tərəfdaşlığı” Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb edir və buna görə həmin proqram təşkilatın xarici əlaqələri kontekstində prioritet mövzulardan biridir.