Veysəloğlu Şirkətlər Qrupuna üzvlük sertifikatı verilib - Fotolar
Bakıda Vergilər Nazirliyi və "Caspian European Club”un (Caspian
Business Club) təşkilatçılığı ilə baş tutan biznes-forumda Veysəloğlu Şirkətlər
Qrupuna üzvlük sertifikatı təqdim olunub.
Vergilər nazirliyinin rəsmilərinin iştirak etdiyi biznes-forumda
Azərbaycanda vergi qanunvericiliyinin əsas aspektləri və bu sahədə gələcəkdə
aparılması planlaşdırılan islahatlar müzakirə edilib.
Tədbirdə "Caspian European Club”la dövlət qrumları arasındakı əməkdaşlığın
yüksək səviyyədə olduğunu, sahibkarlığın qarşısında duran problemlərin həlli
istiqamətində bu dövlət qurumları arasında faydalı dialoqa əsaslanan tərəfdaşlıq
münasibətlərinin qurulduğunu diqqətə çatdırılıb. Son vaxtlar vergi sistemində
aparılan islahatlar, vergi qanunvericiliyində edilmiş dəyişikliklər barədə
forum iştirakçılarına məlumatlar verilərək bildirilib ki, Vergilər Nazirliyi
ölkədə biznes mühitini yaxşılaşdıran mükəmməl vergi qanunvericiliyinin
olmasında maraqlıdır və vergi ödəyicilərinin vergi öhdəliklərinə əməl etməsi səviyyəsinin
daha da yüksəldilməsi, vergi orqanı ilə biznes strukturları arasında
partnyorluq münasibətlərinin inkişaf etdirilməsi istiqamətində yüzlərlə xarici
və yerli şirkəti özündə birləşdirən "Caspian European Club”la sıx əməkdaşlığı
bundan sonra da davam etdirməyə hazırdır.
Biznes-forumun sonunda "Caspian European Club”un Ekspert Şurası
Vergilər Nazirliyi ilə birgə vergi qanunvericiliyində dəyişikliklərin edilməsi
ilə bağlı təkliflər hazırlayaraq, həmin təkliflər Azərbaycan Prezidenti
Administrasiyası, Nazirlər Kabineti və Milli Məclisə təqdim ediləcək.
Xatırladaq ki, sədri Azərbaycan Prezidenti İlham Əliyev olan "Caspian
European Club” (Caspian Business Club) 2002-ci ilin iyununda Xəzər-Qara dəniz
regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə
yaradılıb.
Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən
"Caspian European Club” dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət
qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.
Kaspi.az