“Veysəloğlu” şirkətlər qrupu Caspian Energy Forum Baku-2017-nin sponsoru oldu
"Prezident
İlham Əliyevin bu yaxınlarda imzaladığı sərəncamlar ticarət əməliyyatları sahəsi ilə
yanaşı, sənaye istehsalatında da qeyri-neft sektorunun inkişafına yol açır.
Dünya üzrə 20-dən çox dövlətlə geniş əməkdaşlıq bazasına sahib olan bir şirkət
kimi biz idxal-ixrac əməliyyatlarını genişləndirməyi planlaşdırırıq ki, bu da
öz növbəsində ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək. Caspian European Club (Caspian Business Club) tərəfindən
təşkil olunan Caspian
Energy Forum-un sponsoru olmaqla biz "İnkişafın xammal
mərhələsindən ixracyönümlü iqtisadiyyata keçid” sessiyasını dəstəklədik. Əminəm
ki, qarşıdan gələn forum çərçivəsində biz həmçinin şirkətimizin gələcək uğurlu
beynəlxalq inkişafı üçün lazımi əlaqələr quracağıq”, - deyə "Veysəloğlu” şirkətlər qrupu prezidentinin maliyyə və strateji inkişaf işləri üzrə müşaviri İlqar Nuri bildirib.
"Veysəloğlu”
şirkətlər qrupu Azərbaycanda
fəaliyyət göstərən aparıcı ticarət və distribütor şirkətlərindən biridir. Onun
sponsor qismində Caspian
Energy Forum-u dəstəkləməsi şirkətlərin öz aralarında
ünsiyyət qura, coğrafi əməkdaşlığı genişləndirə, yeni əlaqələr yarada,
innovasiya məhsullarını təqdim edə və bu gün üçün aktual olan məsələlərin həlli
üçün dövlət orqanları ilə dialoqda fəal iştirak edə biləcəkləri informasiya
meydanının mühümlüyünü bir daha sübut edir”, - deyə Caspian European Club (Caspian Business Club) və
CaspianAmericanClub-un sədrinin birinci müavini və baş icraçı
direktoru Telman Əliyev bildirib.
"Veysəloğlu”
ticarət və distribütor şirkəti yüksək
səviyyəli xidmət göstərən müasir ticarət holdinqidir. Şirkət dünya üzrə 20-dən
çox ölkədə 116 fabrik ilə əməkdaşlıq edir. 2001-ci ildə "Ulduz” şokolad fabriki
fəaliyyətə başlayıb ki, bu da Azərbaycanda qənnadı mallarının və qida
məhsullarının istehsalı sahəsinin inkişafına güclü təkan verib.
Qeyd edək ki, Caspian Energy Forum-2017-də
Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov;
Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev; Milli Məclisin İqtisadi siyasət,
sənaye və sahibkarlıq komitəsinin sədri,
Akademik Ziyad Səmədzadə;
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və
yüksək texnologiyalar naziri Ramin Quluzadə; Azərbaycan Respublikasının Gömrük Komitəsinin sədri Aydın Əliyev;
Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov;
Azərbaycan Respublikası Mərkəzi Bankın sədri Elman Rüstəmov; Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Rusiya, Qafqaz və Mərkəzi Asiya üzrə energetika departamentinin rəhbəri Aidə
Sitdikova və digərləri
öz iştiraklarını təsdiqləyiblər.
Caspian Energy Forum-2017-yə
həmçinin avrokomissarlar, Azərbaycanın,
Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və
qurumlarının rəhbərləri, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri, eləcə
də nəhəng beynəlxalq şirkətlərin başçıları qatılacaqlar. Ümumilikdə forumun işində
dünyanın
50 ölkəsindən
500 deleqat iştirak edəcək.
Forum üç sessiyadan ibarət olacaq. Birinci sessiya həyata keçirilən iqtisadi islahatların ilkin nəticələrinə həsr olunacaq. İkinci sessiya Xəzər region dövlətlərinin neft-qaz və enerji sektorunun inkişafı, üçüncü
sessiya isə qeyri-neft sektorunda (maliyyə, nəqliyyat, İKT, aqrosənaye və turizm) həyata keçirilən layihələr və
onların dünya bazarlarında irəliləyişi mövzusunu əhatə edəcək.