• cümə, 19 Aprel, 15:22
  • Baku Bakı 25°C

Vətənpərvərlik təkcə Vətəni sevməklə ölçülmür – Fotolar

05.04.17 18:48 1225
Vətənpərvərlik təkcə Vətəni sevməklə ölçülmür – Fotolar
"Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 10 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq, Biləcəri qəsəbəsində yerləşən "Milli Qəhrəmanlar” parkında rayon gənclərinin müddətli həqiqi hərbi xidmətə yolasalınmamərasimikeçirilib.

Yolasalınma mərasimi aprel döyüşlərində qəhrəmancasına həlak olmuş Binəqədi rayonun şəhidləri Emin Bağırov və Fəxrəddin Qurbanlının məzarlarını ziyarət etməklə başlayıb. Şəhidin məzarını ziyarət edən gənclər onun timsalında vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın qanının yerdə qalmayacağını, tezliklə işğal altında olan torpaqlarımızın Ali Baş Komandanın əmri ilə azad edəcəklərinə inandıqlarını bildiriblər.

Hərbi xidmətə yola salınacaq gənclər daha sonra Biləcəri qəsəbəsində yerləşən "Milli Qəhrəmanlar” Parkına yola düşüblər. Parkın ətrafında gəncləri vətənimizə, dövlətimizə yüksək əhval-ruhiyyə ilə xidmət etmələrinə mənəvi dəstək olmaq üçün rayon ictimaiyyəti toplaşıb. Tədbir başlamazdan öncə Milli Qəhrəmanlar abidəsinin önünə gül dəstələri qoyulub. Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra çıxış edənlər Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin rəisi Novruz Rəhimov, Rayon Ağsaqqallar Şurasının sədr müavini Cahangir Qocayev, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədri, general-mayor Məmmədhüseyn Sarıyev, Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, aprel şəhidləri Fəxrəddin Qurbanlı və Emin Bağırovun valideynləri hərbi xidmətə yola düşən gənclərimizə vətənin keşiyində durmağı, lazım gələrsə vətən torpağının azadlığı uğrundan canlarından belə keçməyə hazır olmağı tövsiyə ediblər. Natiqlər çıxışlarında bildiriblər ki, vətənin maddi və mənəvi sərvətlərini qorumaq, iqtisadi qüdrətinin yüksəlməsinə nail olmaq, həmişə mübariz əhval-ruhiyyədə olmaq lazımdır. İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə-obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətindən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə vətəni sevməklə ölçülmür. Vətənpərvərlik həm də vətən naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, xalqın hər bir uğurunda pay sahibi olmaq deməkdir.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib, xalq artisti Mübariz Tağıyevin ifasında vətənpərvərlik ruhunda mahnılar səsləndirilib, 179 və 182 saylı tam orta məkətbin şagirdləri tərəfindən vətənpərvərlik ruhunda kompazisiyalar nümayiş etdirilib.

Tədbirin bədii hissəsi bitdikdən sonra gənclər Azərbaycan Bayrağını öpüb Qurani-Kərimin altından keçərək, Böyük Vətən Müharibəsi veteranlarından xeyir-dua alıb hərbi xidmətə yollanıblar.


banner

Oxşar Xəbərlər