• şənbə, 20 Aprel, 04:44
  • Baku Bakı 15°C

“Vətənin müdafiəsinə hazıram!” adı altında atıcılıq turniri keçiriləcək

19.01.17 17:12 1171
“Vətənin müdafiəsinə hazıram!” adı altında atıcılıq turniri keçiriləcək
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmasının 5-ci ildönümünə həsr edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət” mərkəzləri arasında "Vətənin müdafiəsinə hazıram!” adı altında atıcılıq turnirinə start verir. Turnirin məqsədi vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsidir. SHXÇDX-dən "Kaspi”yə verilən məlumatda bildirilir ki, turnir fevral ayının 7-də "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında keçiriləcək. Yarışda 5 nəfərdən təşkil olunmuş "ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən nümayəndələrdən ibarət komandalar iştirak edə bilər. Turnirdə I, II və III yerlərin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Turnirdə iştirak etmək istəyənlərdən komandanın tərkibi haqqında məlumatı yanvar ayının 25-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına və yaxud [email protected] elektron ünvanına göndərmək xahiş olunur. Məlumata aşağıda qeyd olunanlar daxil edilməlidir: komanda üzvlərinin soyadı, adı, atasının adı, təvəllüdü.
banner

Oxşar Xəbərlər