• şənbə, 20 Aprel, 05:12
  • Baku Bakı 15°C

Vətəndaşlarımız hələ də Təbrizdəki Baş Konsulluğumuza təhvil verilməyib

23.05.13 10:03 1667
Vətəndaşlarımız hələ də Təbrizdəki Baş Konsulluğumuza təhvil verilməyib
Təbrizdə saxlanmış Azərbaycan vətəndaşları Xalidə XalidŞamxal Hüseynov hələ də Azərbaycan tərəfinə təhvil verilməyib. Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.
“Təəssüf ki, vətəndaşlarımız hələ də Azərbaycanın Təbrizdəki Baş Konsulluğuna təhvil verilməyib. Baş Konsulluğumuz vəziyyəti aydınlaşdırmaq üçün İran tərəfi ilə təmasları davam etdirir”.
Xatırladaq ki, Xalidə Xalid və Şamxal Hüseynov aprelin 30-da Təbrizdə saxlanıb. Azərbaycan tərəfinin verdiyi iki notadan sonra İran Xarici İşlər Nazirliyi soydaşlarımızın qanunsuz fəaliyyətə görə saxlandığını açıqlayıb. Bu həftə isə İran tərəfi Xalidə Xalid və Şamxal Hüseynovun azad ediləcəyini açıqlayıb.
İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin mayın 22-də APA TV-yə açıqlamasında hər iki şəxsin artıq azad olunduğunu və Azərbaycan tərəfinə təhvil verildiyini bildirib. Lakin Azərbaycan XİN bu məlumatı təkzib edib.
banner

Oxşar Xəbərlər