• cümə, 29 Mart, 06:25
  • Baku Bakı 5°C

Vətəndaş məmnunluğunun təmini polisin fəaliyyətində başlıca prinsiplərdəndir

20.09.19 11:15 667
Vətəndaş məmnunluğunun təmini polisin fəaliyyətində başlıca prinsiplərdəndir
Üzərimizə düşən vəzifələrin yerinə yetirilməsində şəxsi heyətin hazırlığı, xidmət intizamı həlledici rol oynayır.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad HacıyevAZƏRTAC-a bildirib ki, ictimai qaydanın, cinayətkarlıqla qətiyyətli mübarizədə insan hüquq və azadlıqlarının qorunması və vətəndaş məmnunluğunun təmin olunması polisin fəaliyyətində başlıca prinsiplərdəndir.
E.Hacıyev qeyd edib ki, bu istiqamətdə şəxsi heyətin müasir dövrün çağırış və təhdidlərinə uyğun olaraq, icra intizamının yüksəldilməsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə metodiki təlimlər keçirilməsi, xidmətin nümunəvi aparılması diqqət mərkəzindədir: "Polisin hər gün təlimatlandırılması, vətəndaşlara qarşı münasibətdə diqqətli olması, qanunvericiliyin tələblərinə uyğun kompleks tədbirlər tərəfimizdən davam etdirilir”.
banner

Oxşar Xəbərlər