AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Vətən Müharibəsində qələbə münasibətilə orden və medallar təsis edilib - FƏRMAN

Vətən Müharibəsində qələbə münasibətilə orden və medallar təsis edilib - FƏRMAN

Cəmiyyət
01 Dekabr 2020, 18:25 694
Prezident İlham Əliyev "Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli Qanununun tətbiqi haqqında” Fərman imzalayıb.
Trend-in məlumatına görə, Fərmana əsasən, Vətən Müharibəsində qələbə münasibətilə "Zəfər” və "Qarabağ” ordenləri təsis olunub.
Eyni zamanda, "Vətən Müharibəsi Qəhrəmanı”, "Cəsur döyüşçü”, "Döyüşdə fərqlənməyə görə”, "Suqovuşanın azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Zəngilanın azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Ağdamın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Vətən müharibəsi iştirakçısı” və "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis olunub.