• cümə, 26 Aprel, 01:08
  • Baku Bakı 16°C

Vergilər Nazirliyinin yeni inzibati binasının istismara veriləcəyi vaxt açıqlanıb

06.11.17 12:30 1001
Vergilər Nazirliyinin yeni inzibati binasının istismara veriləcəyi vaxt açıqlanıb
Heydər Əliyev prospektində yerləşən Vergilər Nazirliyinin yeni inzibati binasının tikintisinin 2018-ci ilin avqust ayının 31-də başa çatdırılması planlaşdırılır.
"APA-Economics" xəbər verir ki, bu barədə tikintinin podratçısı olan "Tekfen" şirkətinin təqdim etdiyi məlumatlarda qeyd edilib.
Məlumata əsasən, layihənin ümumi dəyəri 94 mln. dollardır.
Hazırda tikintinin 6,5%-i başa çatıb.
Qalan işlərin dəyəri 87 mln. 925,488 min dollar məbləğində dəyərləndirilir.
Qeyd edək ki, nazirliyin yeni inzibati binası 31 mərtəbəli olacaq.
banner

Oxşar Xəbərlər