• cümə, 29 Mart, 02:25
  • Baku Bakı 7°C

Vergilər Nazirliyinin xətti ilə büdcəyə 5,7 mlrd. manat daxil olub

08.11.16 17:04 929
Vergilər Nazirliyinin xətti ilə büdcəyə 5,7 mlrd. manat daxil olub
Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, bu ilin 10 ayı ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 mlrd. 707 mln. 128min manat vəsait daxil olub, proqnoz tapşırığına 100,1% əməl edilib.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 4 mlrd. 310 mln. 845min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 247 mln. 477,8 min manat çoxdur.

Cari ilin yanvar-oktyabr aylarında respublika üzrə 105 605 vergi ödəyicisi qeydiyyata alınıb.
banner

Oxşar Xəbərlər