• cümə, 19 Aprel, 01:04
  • Baku Bakı 18°C

Vergilər Nazirliyi vergi borcunu ödəməyən şou-biznes nümayəndələrinin adlarını açıqladı

25.06.16 13:36 1218
Vergilər Nazirliyi vergi borcunu ödəməyən şou-biznes nümayəndələrinin adlarını açıqladı
AzərbaycanVergilər Nazirliyinövbəti dəfə vergi borcunu ödəməyən şou-biznes nümayəndələrinin adlarını açıqlayıb.

"APA-Economics”in məlumatına görə, nazirliyin saytında yerləşdirilən cədvəldə bu ilin 24 iyun tarixinə vergidən yayınan 50 müğənninin adı qeyd olunub.

Siyahıya nəzər salanda məlum olur ki, Brilliant Dadaşova, Mətanət İsgəndərli,Elza Seyidcahan,Gülyanaq Məmmədova,Rəqsanə,Abbas Bağırov,Xəyyam Nisanovvə digərləri vergi borcunu ödəməkdən yayınır.

Qeyd edək ki,Vergilər Nazirliyimüğənnilərinin vergi borcu barədə məlumatı açıqlamayıb.
banner

Oxşar Xəbərlər