• cümə, 29 Mart, 18:13
  • Baku Bakı 14°C

Vergiödəyicisi istehsal etdiyi kənd təsərrüfatı məhsullarının satışına görə vergi ödəmir

19.08.17 16:45 2230
Vergiödəyicisi istehsal etdiyi kənd təsərrüfatı məhsullarının satışına görə vergi ödəmir
Vergiödəyicisi həm özünün istehsal etdiyi, həm də digər şəxslərdən aldığı kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olarkən hansı vergi öhdəlikləri yaranır?
Vergilər Nazirliyinin Media və Kommunikasiya MərkəzindənAZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, vergiödəyicisi tərəfindən özünün istehsal etdiyi kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş gəlirlər (hasilatın həcmi) müvafiq olaraq gəlir vergisindən və sadələşdirilmiş vergidən azaddır.
Kənd təsərrüfatı məhsullarının istehsalçılarından alınmış məhsulların satışından əldə olunan gəlirdən (hasilatdan) vergiödəyicisi seçdiyi vergitutma metodundan (gəlir vergisi və ya sadələşdirilmiş vergi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəyir.
banner

Oxşar Xəbərlər