• cümə axşamı, 25 aprel, 08:21
  • Baku Bakı 14°C

Venesuela Prezidenti Nikolas Maduro ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

22.10.16 10:20 968
Venesuela Prezidenti Nikolas Maduro ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro oktyabrın 22-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
AZƏRTACxəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Tanınmış dövlət xadimi və ictimai xadim Əziz Əliyevin və istedadlı həkim-alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyulub.
banner

Oxşar Xəbərlər