• cümə axşamı, 28 mart, 17:43
  • Baku Bakı 16°C

Venesuela prezidenti: “Azərbaycan BMT qətnamələrinin həyata keçirilməsində dəstəyimizə arxalana bilər”

22.10.16 18:41 1103
Venesuela prezidenti: “Azərbaycan BMT qətnamələrinin həyata keçirilməsində dəstəyimizə arxalana bilər”
"AzərbaycanBMTTəhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi məsələlərində iradəmizə, dəstəyimizə hər zaman arxalana bilər”.

APA-nın xəbərinə görə, bunu Bakıda səfərdə olan Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduro mətbuata bəyanatında bildirib.

Prezident qeyd edib ki, onlar Təhlükəsizlik Şurasının üzvü olaraq beynəlxalq hüququn tətbiq olunması üçün əllərindən gələni edəcəklər: "Azərbaycan öz milli maraqlarının qorunmasında çox aydın fəaliyyət göstərib. Venesuela Sizin yeni, etibarlı dostunuzdur.

Xalqlarımızın xoşbəxtliyi üçün əlaqələr qururuq. İqtisadi sahədə bir sıra tədbirlərin görülməsi ilə bağlı razılığa gəldik. İqtisadi məsələlər üzrə vitse-prezident buradadır. Yaxın vaxtlarda xarici ticarət və sərmayələr naziri Xesus Farias ticari münasibətlərin stimullaşdırılması, təmasların qurulması və məlumat mübadiləsi istiqamətində zəruri addımların atılması üçün Bakıya səfər edəcək”.


Venesuela prezidenti "Bizim iki güclü neft şirkətimiz iqtisadi, maliyyə, texnoloji, ticari və praktiki mübadilələr üçün yaxın vaxtlarda əməkdaşlığa başlayacaq. Prezident Əliyev bildirib ki, Azərbaycan neftinin 95 faizi dənizdə hasil olunur. Bu, Venesuela üçün lazım olan zəngin təcrübədir. Texniki mütəxəssislərimiz təkmilləşə, dövlətlərimiz və şirkətlərimiz arasında enerji sahəsində münasibətlər daha da dərinləşə bilər”.


Qeyd edək ki, iki dövlət başçısı arasında sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan prezidentiİlham Əliyevvə Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduro mətbuata bəyanatlarla çıxış ediblər.
banner

Oxşar Xəbərlər