• cümə axşamı, 25 aprel, 04:14
  • Baku Bakı 19°C

Velosiped üzrə dünya çempionatının Bakıda keçirilməsi ilə bağlı sərəncam

15.11.17 18:41 2486
Velosiped üzrə dünya çempionatının Bakıda keçirilməsi ilə bağlı sərəncam
Prezident İlham Əliyev Velosiped idmanının "BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqındasərəncam imzalayıb. AZƏRTAC-ın verdiyi məlumata görə, sərəncama əsasən velosiped idmanının "BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci ilin iyun ayında Bakı şəhərində keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılacaq.
Təşkilat Komitəsinin sədri
Yaqub Eyyubov –Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Təşkilat Komitəsinin üzvləri
Hacıbala AbutalıbovBakı şəhər İcra Hakimiyyətinin başçısı
Yusuf Məmmədəliyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri
Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Fazil Məmmədov –Azərbaycan Respublikasının vergilər naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti
Elmar Məmmədyarov – Azərbaycan Respublikasının xarici işlər naziri
Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri
Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri
Ramin Quluzadə – Azərbaycan Respublikasınınnəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri
Aydın Əliyev - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri
Mədət Quliyev –Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Firudin Nəbiyev - Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi
Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Cahangir Əsgərov – "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
Balababa Rzayev – "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
Çingiz Hüseynzadə – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti.

Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan Təşkilat Komitəsi 2018-ci il 5-9 iyun tarixində velosiped idmanının "BMX Racing” növü üzrə dünya çempionatının Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirəcək.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələlərin həllini öz öhdəsinə götürüb.
banner

Oxşar Xəbərlər