• çərşənbə axşamı, 16 aprel, 18:36
  • Baku Bakı 18°C

Vəkillərin yüksək sosial sığorta ödənişi 2 dəfə azaldıldı

02.06.20 22:33 711
Vəkillərin yüksək sosial sığorta ödənişi 2 dəfə azaldıldı
"Vəkillərin yüksək sosial sığorta ödənişi 2 dəfə azaldıldı".
Bu barədə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov "Facebook" profilində status paylaşıb.
O qeyd edib ki, nəhayət bu məsələ öz ədalətli həllini tapıb: "İllərdir vəkillərimizin qaldırdığı bu problem Rəyasət Heyətini çox narahat edirdi. Dəfələrlə aidiyyəti dövlət qurumları ilə müzakirələr aparılıb, tərəfimizdən yazılı müraciətlər edilib. Nəticədə vəkillərin məcburi dövlət sosial sığorta haqqının 20 faizdən 10 faizə (xərclər çıxılmaqla) endirilməsini nəzərdə tutan Qanun bu gün təsdiq olundu. Vəkillərlə yanaşı, sərbəstmühasiblər və auditorlar da bundan yararlanacaqlar. Qanuna əsasən 2026-cı ilin yanvarın 1-dək vəkillərdən məcburi dövlət sosial sığorta haqqı üzrə tutulma faizi vəkillərin gəlirlərindən xərclər çıxılmaqla, 10 faiz miqdarında olacaqdır.Bütün həmkarlarımı təbrik edirəm, töhfəsi olan hər kəsə təşəkkür edirəm, başda cənab Prezident İlham Əliyev olmaqla dövlətimizə vəkil korpusu adından minnətdarlığımı bildirirəm".
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər