• şənbə, 20 Aprel, 19:43
  • Baku Bakı 24°C

Vəkillər Kollegiyası üzvlüyü üçün sənəd qəbulu bərpa edilir

09.12.17 19:20 3352
Vəkillər Kollegiyası üzvlüyü üçün sənəd qəbulu bərpa edilir
Vəkillər Kollegiyasının Rəyasət Heyəti "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq, Vəkillər Kollegiyasına qəbul olunmaq üçün sənəd qəbulunu bərpa edir.
KollegiyadanAPA-ya bildirilib ki, Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunmaq üçün 2016-cı ildə sənəd vermiş şəxslərin ərizələrinin Vəkilliyə Sənəd Qəbulu Komissiyasında təsdiq etmələri zəruridir.
Sənədlər Kollegiyanın Rəyasət Heyətinin binasında, Bakı şəhəri, Səməd Vurğun küçəsi, 48 ünvanında 2017-ci il dekabr ayının 11-dən 2018-ci ilin yanvar ayının 11-dək bazar və bayram günləri istisna olmaqla hər gün saat 09:30-dan 18:00-dək, şənbə günləri isə saat 10:00-dan 13:00-dək qəbul edilir.
Qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər müraciət edə bilərlər.
Vəkilliyə test imtahanının keçirilməsi barədə əlavə məlumat veriləcək.
banner

Oxşar Xəbərlər