• çərşənbə, 24 Aprel, 08:49
  • Baku Bakı 13°C

Vəkil korpusu koronavirus ilə mübarizəni əməli dəstəkləyir

24.03.20 11:00 1034
Vəkil korpusu koronavirus ilə mübarizəni əməli dəstəkləyir
Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə ölkəmizdə koronavirusla (COVID-19) mübarizə çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışına dəstək olaraq dövlət başçısının imzaladığı 19 mart 2020-ci il tarixli Fərmanla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait köçürülmüşdür.
Dövlət başçısısın təşəbbüsü ilə başladılan və ölkə ictimaiyyətinin bütün təbəqələri tərəfindən həmrəy şəkildə dəstəklənən kompaniyaniyaya hüquq cameəsinin nümayəndələri olaraq vəkillər də biganə qalmamış və onlar tərəfindən ayrıca təşəbbüslər şəklində də Dəstək Fonduna köçürmələr edilmişdir.
Azərbaycan Respublikası Vəkillər Kollegiyası ölkəmizdə koronavirusla mübarizə üzrə təşəbbüsün başladılmasını alqışlayır, vəkillərin bu kimi sosial bəlalarla mübarizədə hər zaman dövlətmizin, habelə bu mübarizəyə dəstək verən hər kəsin yanında olduğunu bildirir, ölkəmizin bu pandemiyaya qalib gələcəyinzə əminliyini bəyan edir. Qeyd olunmalıdır ki, Vəkillər Kollegiyasının üzvləri cənab Prezidentin təşəbbüsünün dəstəklənməsinin zəruri olduğunu bildirmiş və bunu arzulamışlar.
Dəstək Fonduna köçürülmüş vəsait vəkilliyin inkişaf fonduna vəkillərin ödədikləri order markasından (xərcindən) yığılan vəsait hesabına köçürüldüyündən bu aksiyada bütün vəkilllərin iştirakı təmin olunmuşdur.
banner

Oxşar Xəbərlər