• cümə, 29 Mart, 14:28
  • Baku Bakı 14°C

Vecinə də deyilmiş, bilirmiş ki, milyonçu olacaq

19.05.20 15:30 849
Vecinə də deyilmiş, bilirmiş ki, milyonçu olacaq
"Barselona”nın sabiq futbolçusu Aleks Sonq 2012-ci ildə Kataloniya klubuna keçidi haqda danışıb.
Kaspi.az xəbər verir ki, Sonq "Barselona”da mütəmadi oynamaq şansının olmayacağını bildiyi halda təklifi qəbul edib. O, bu komandaya yaxşı məvacib üçün keçdiyini etiraf edib:
"Əksər oyunçular imkanlarından aşağı səviyyədə yaşayırlar. Mən səkkiz il "Arsenal" da oldum, ancaq son dörd ildə yaxşı pul qazanmağa başladım. Maaş artsa da, xərclərimin də artdığının fərqindəyəm. "Arsenal"da çıxış etdiyim müddətdə 100 min avro da toplaya bilmədim. Baxmayaraq ki, çoxları məni milyonçu hesab edirdi.
"Barselona” müqavilə təklif edəndə, alacağım məvacibi bilib, iki dəfə fikirləşmədim. Düşündüm ki, karyeramı bitirəndən sonra ailəm komfort şəraitdə yaşamalıdır.
"Barselona”nın idman direktoru ilə görüşdüm və o, mənə dedi ki, meydana mütəmadi çıxmayacağam. Amma bu, vecimə də deyildi, bilirdim ki, milyonçu olacağam”.
banner

Oxşar Xəbərlər