• şənbə, 20 Aprel, 17:33
  • Baku Bakı 23°C

Vaşinqtonda Heydər Əliyevin xatirəsi anılıb

12.12.17 10:25 1708
Vaşinqtonda Heydər Əliyevin xatirəsi anılıb
Azərbaycanın ABŞ-dakıSəfirliyində HeydərƏliyevin xatirəsinəhəsr olunmuştədbir keçirilib.
SəfirlikdənAPA-ya bildirilib ki, tədbirəABŞ ictimaiyyətinin nümayəndələri, ABŞ-da yaşayan həmyerlilərimiz vəSəfirliyinəməkdaşları ilə yanaşıXocalıfaciəsinə həsr olunmuş "Sülh laylayı” (The Lulluby of Peace) adlı musiqi əsərinin hazırlanmasında iştirak etmiş Vaşinqton Beynəlxalq Piano Sənəti Şurasının çoxsaylı nümayəndələri qatılıblar.


Səfir Elin Süleymanov ümummilli liderin Azərbaycanın inkişafıvəxalqımızın rifahında rolu, göstərdiyi xidmətlərindən bəhs edib. Azərbaycan dövlətçiliyinin qurulmasında müstəsna xidmətləri olan HeydərƏliyevin uzaqgörən siyasəti, müdrik və qətiyyətli addımlarınəticəsindəölkənin hərtərəfli inkişafına nail olunduğu bildirilib. Onun qətiyyətli mövqeyinin və uzaqgörənliyinin nəticəsi olaraq Azərbaycanın irimiqyaslıtarixi layihələrə imza atdığı vurğulanıb.
HeydərƏliyevin anım günü çərçivəsində ABŞ-ın Merilend ştatının Qida BankınaAzərbaycan tərəfindən ianəedilib.Merilend Qida Bankının Prezidenti Karmen Del Qersio və Hökumətlə ƏlaqələrüzrəDirektoru Nensi SmitləSəfirlikdə keçirilən görüş zamanı Elin Süleymanov Heydər Əliyevin bir neçə dəfə Merilend ştatına səfər etməsindən bəhs edib və dahi liderin sayəsində Azərbaycan-ABŞ münasibətlərinin inkişaf edərək strateji önəm almasını vurğulayıb. Səfir ümummilli liderin siyasətini davam etdirən Azərbaycan rəhbərliyi tərəfindən aparılan uğurlu siyasət nəticəsində ölkə əhalisinin yaşayışsəviyyəsinin yaxşılaşması, həmçinin yoxsulluq səviyyəsinin kəskin dərəcədəazalmasından danışıb.
K. Qersio HeydərƏliyevin anım günüiləbağlıMerilend Qida Bankınaölkəmizin yardımının artıqçox gözəl ənənəyə çevrildiyini deyib.




banner

Oxşar Xəbərlər