• cümə, 19 Aprel, 01:33
  • Baku Bakı 18°C

“Varlı insanları aldadaraq çoxlu pul sahibi olur, sonra...” - Onun film seçimi

29.06.19 14:00 9098
“Varlı insanları aldadaraq çoxlu pul sahibi olur, sonra...” - Onun film seçimi
Filmlərlə bağlı hər kəsin öz maraq dairəsi var. Kimi dram sevir, kimi fantastika, kimi də komediya və s. Amma janrından asılı olmayaraq, çoxumuz başqalarının məsləhət gördüyü filmlərə nəzər salırıq.Məsləhət görülürsə, deməli, baxmağa dəyər.
Bu dəfə ABAD-ın Layihələrin idarə edilməsi departamentinin direktor müavini Camid Mövsümovun məsləhət gördüyü filmləri sizə təqdim edirik.
Onun ilk seçimi 2002-ci ildə ekranlaşdırılan "Pianoçu” filmi oldu: "Ən sevdiyim filmlərdən biridir. Roman Polanskininrejissoru olduğu bu ekran əsəri polşalı pianoçu Vladislav Şpilmanın ikinci dünya müharibəsi vaxtı Polşada 7 il ərzində yaşadığı hadisələrdən bəhs edir. Müharibədə yaxınlarını itirmiş, evi dağılmış pianoçunun həyatı filmdə əks olunub. Şpilman müharibənin sonuna qədər uçuq bir evdə gizlənir. Filmdə bir deyim var: müharibə insanın əlindən hər şeyi alır, lakin Şpilman musiqisini qəlbində yaşadır. Sonda ağ-qara pianosu və barmaqları onu xilas edir”.
"1929-cu il” sənədli filmi də C.Mövsümovun məsləhət gördüyü ekran əsərləri siyahısındadır: "Film 1929-cu ildəki böyük iqtisadi böhrandan bəhs edir. İqtisadi böhranlar haqqında çəkilmiş ən real, ən gözəl filmdir”.
Onun üçüncü seçimi "Pul ovçusu” filmidir: "Film 24 yaşında bir gəncin həyatından bəhs edir. Varlı insanları aldadaraq çoxlu pul sahibi olur, sonra o pulları özü üçün xərcləyir. Sürətlə qazandığı kimi, elə qısa müddətdə də xərcləyir. Nəticədə qeyri-sağlam bir həyata düşür, narkotik və s. pis vərdişlərə aludə olur. Bir gəncin, qeyri-düzgün yollarla çoxlu pul qazanıb sağlam həyatını necə məhv etməsi filmdə əks olunub. Filmdə baş rolu Leonarda Di Kaprio canlandırıb. Maraqlı, mənalı tərəfləri çox olan filmlərdəndir”.
banner

Oxşar Xəbərlər