• şənbə, 20 Aprel, 00:14
  • Baku Bakı 15°C

Van Persinin “Qızıl top”a namizədləri

09.07.20 14:30 812
Van Persinin “Qızıl top”a namizədləri
Hollandiya yığmasının sabiq futbolçusu Van Persi bu il "Qızıl top”u kimin alacğı ilə bağlı proqnoz verib.
Kaspi.az xəbər verir ki, Van Persi əsas 3 namizədin adını çəkib. Amma bu namizədlər arasında nə Lionel Messi, nə də Kriştiano Ronaldo var.
Hollandın proqnozuna görə, "Qızıl top”a əsas namizədlər bu futbolçulardır: Robert Levandovski, Kevin de Bryune, Sadio Mane.
Məsələ burasındadır ki, bukmeker kontorları da Levandovskini "Qızıl top”a əsas namizəd hesab edirlər. Onun qələbəsinə 3.50 əmsal verilir. Messiyə 4.00, Ronaldoya isə 5.50 əmsal təklif edilir.
Kevin de Bryune ilə Kilian Mbappenin qələbəsi üçün təklif olunan əmsal 6.50-yə bərabərdir.
Qeyd edək ki, dünyanın ən yaxşı futbolçusu iki versiya əsasında seçilir. "France Football” nəşrinin sorğusunda qalib olan "Qızıl top”a laqyiq görülür. FİFA-nın sorğusunun qalibi isə "The Best” mükafatını qazanır.
"France Football” nəşrinin 1956-cı ildən bəri keçirilən sorğusunda jurnalistlər, FİFA-nın isə 1991-ci ildən keçirilən sorğusunda yığma komandaların məşqçiləri və kapitanlar iştirak edirlər.
banner

Oxşar Xəbərlər