• cümə axşamı, 18 aprel, 20:59
  • Baku Bakı 21°C

Van Basten faşist salamına görə cəzalandı

26.11.19 12:23 477
Van Basten faşist salamına görə cəzalandı
Hollandiya futbolunun əfsanələrindən olan Marko van Basten cəzaya məruz qalıb.
Kaspi.az xəbər verir ki, Basten "FOX Sports” telekanalındakı fəaliyyətinə bir həftə fasilə verməli olacaq. O, telekanalın efirində faşist salamı verdiyi üçün cəzaya məruz qalıb.
Basten Hollandiya çempionatının 13-cü turunda keçirilən "Ayaks”-"Herakles” qarşılaşmasını (4:1) şərh edib. Oyundan əvvəl telekanalın əməkdaşı "Herakles”in alman baş məşqçisinin fikrini öyrənib.
Müsahibənin sonunda isə Van Bastenin "Sieg Heil!” şüarını səsləndirib. Bu şüardan faşistlərin dönəmində Almaniyada salamlaşma kimi istifadə olunub.
banner

Oxşar Xəbərlər