• cümə, 29 Mart, 18:21
  • Baku Bakı 14°C

Valyuta bazarının həftəlik icmalı - Cədvəl

15.06.13 10:43 1665
Valyuta bazarının həftəlik icmalı - Cədvəl
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0002 bənd (0,02 faiz) ucuzlaşıb.
Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,78468 manat səviyyəsində müəyyən olunub.
ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi
3 iyun 0,7846 10 iyun 0,7848
4 iyun 0,7846 11 iyun 0,7848
5 iyun 0,7846 12 iyun 0,7846
6 iyun 0,7846 13 iyun 0,7846
7 iyun 0,7848 14 iyun 0,7846
Həftə ərzində orta 0,78464 Həftə ərzində orta 0,78468
Həftə ərzində Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi dəyişməz qalıb. Bununlada orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7836 manat səviyyəsində müəyyən olunub.
Həftə ərzində BEST-də valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): iyunun 10, 11 və 13-də sövdələşmələr bağlanmadığından məzənnə 0,7836 AZN/USD səviyyəsində qalıb; iyunun 12-də 0,7836 AZN/USD məzənnə ilə 2,4 mln. dollar; iyunun 14-də 0,7836 AZN/USD məzənnə ilə 0,7 mln. dollar.
ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi
3 iyun 0,7836 10 iyun 0,7836
4 iyun 0,7836 11 iyun 0,7836
5 iyun 0,7836 12 iyun 0,7836
6 iyun 0,7836 13 iyun 0,7836
7 iyun 0,7836 14 iyun 0,7836
Həftə ərzində orta 0,7836 Həftə ərzində orta 0,7836
USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. EUR/AZN və RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.
banner

Oxşar Xəbərlər