• cümə axşamı, 28 mart, 17:05
  • Baku Bakı 16°C

Vahid Qarayev: "Bazarda yanğınla bağlı yekun rəy veriləcək"

21.07.19 15:07 17977
Vahid Qarayev: "Bazarda yanğınla bağlı yekun rəy veriləcək"
Bərdə rayonunda "köhnə bazarda" baş verənyanğınlabağlı ekspertiza qrupu araşdırmalara başlayıb
Bunu Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini və rayon fövqəladə hallar komissiyasının sədri Vahid Qarayev "Report"un Qarabağ Mərkəzinə bildirib.
Onun sözlərinə görə, hazırda faktla bağlı araşdırma aparılır: "Bundan sonra yanğının başvermə səbəbləri məlum olacaq və yekun rəy veriləcək”.
V.Qarayev deyib ki, yanğın baş verən ticarət obyektlərinə hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri ilə birlikdə baxış keçiriblər. Yeddi sahibkara məxsus 12 mağaza yanıb. Hazırda sahibkarların sığortası olub, olmaması araşdırılır.
banner

Oxşar Xəbərlər