• cümə axşamı, 25 aprel, 20:02
  • Baku Bakı 21°C

“Utandığımızdan qızarmışıq, bizə bəraət yoxdur”

18.12.17 14:25 2512
“Utandığımızdan qızarmışıq, bizə bəraət yoxdur”
"Milan”ın idman direktoru Massimiliano Mirabelli A seriyasının 18-ci turunda autsayderlərdən olan "Verona”ya məğlubiyyəti (0:3) şərh edib.
Kaspi.az xəbər verir ki, Mirabelli bu məğlubiyyətdən sonra fanatların üzünə baxa bilmədiklərini deyib. O, komandanın baş məşqçisi Qattuzonun fəaliyyəti barədə də danışıb:
"Fanatlarımızın qarşısında utandığımızdan qızarmışıq. Onlar bizə inanılmaz dəstək verirdilər. Komandamız müəyyən müddət oyuna diktə etdi. Ancaq qol buraxdıqdan sonra ritmi tamamilə itirdik.
İkinci hissəyə də yaxşı başladıq. Ancaq onların 2-ci qolu bizi tamamilə sındırdı. Bizə bəraət yoxdur. Qattuzo mövsümün sonuna qədər komandaya rəhbərlik edəcək. Düşünürük ki, yaxın vaxtlarda effekti hiss edəcəyik”.
banner

Oxşar Xəbərlər