• cümə, 19 Aprel, 22:59
  • Baku Bakı 24°C

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram konserti

31.05.17 13:45 1636
Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram konserti
Heydər Əliyev Sarayında 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Pillə” adlı bayram konserti keçirilib. Konsert Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və "Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə baş tutub.
İdarədənAZƏRTAC-a bildirilib ki, konsertin təşkilində məqsəd gənc və istedadlı uşaqların yaradıcı potensiallarının üzə çıxarılması olub.
Konsertdə idarənin nəzdində olan Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlərinin iştirakı ilə möhtəşəm proqramı təqdim olunub. Həmçinin Bakı incəsənət məktəblərində təhsil alan istedadlı uşaqların əl işlərindən ibarət sərgi təşkil edilib. Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət konsert yüksək bayram əhvali-ruhiyyəsində keçib və uşaqlara sevinc bəxş edib.
banner

Oxşar Xəbərlər