AZE | RUS | ENG |


Uşaqlara mənəvi və fiziki baxımdan zərər vuran reklamlar qadağan edilir

Uşaqlara mənəvi və fiziki baxımdan zərər vuran reklamlar qadağan edilir
Azərbaycan Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında "Uşaq hüquqları haqqında qanuna” yeni maddənin əlavə edilməsi təklifi müzakirəyə çıxarılıb.
 
APA-nın məlumatına görə, bu, yeni 11-1 (Reklamda uşaqların müdafiəsi) maddəsidir.
 
Maddəyə görə, ölkə üzrə bütün yerlərdə reklamlarda uşaqlara mənəvi və fiziki baxımdan zərərin qarşısını almaq üçün bir sıra qadağan tətbiq olunur.
 
Bunlar valideynin (qəyyumların, himayəçilərin, tərbiyəçilərin və digərləri) nüfuzuna xələl gətirən, başqa şəxsə münasibətdə kobudluq, təcavüzkarlıq, nifrət hissi aşılayan, qüvvətləndirici sözlər vasitəsi ilə ailənin maddi vəziyyətindən asılı olmayaraq, əmtəənin əldə edilməsinin mümkünlüyü fikrini yaratmaqla valideynlərin bu əmtəəni almağa vadar edilməsi, həyat və sağlamlığa dair təhlükəli fikirlər, alkoqollu içkilərin istifadə olunması ilə bağlı uşaqlara müraciət edilməsi (eyni zamanda uşaqlar üçün proqramların alkoqollu içkilərin reklamına görə kəsilməsi) və s. bu kimi məlumatların verilməsidir.
 
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.6942
GBP 1 İngilis funt sterlinqi 2.1858
TRY 1 Türk lirəsi 0.4759
KWD 1 Küveyt dinarı 5.5856
SEK 1 İsveç kronu 0.1942
EUR 1 Avro 1.8627
CHF 1 İsveçrə frankı 1.7155
USD 1 ABŞ dolları 1.7025