• cümə, 19 Aprel, 11:23
  • Baku Bakı 13°C

USAID nümayəndəsi Azərbaycanda səfərdə olub

19.10.19 17:33 255
USAID nümayəndəsi Azərbaycanda səfərdə olub
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Administratorunun Avropa və Avrasiya üzrə müavininin köməkçisi cənab Aleks Sokolovski Azərbaycana dörd günlük səfərini başa vurub. "Mən əvvəl də Azərbaycanda olmuşam, lakin bu səfər mənim üçün xüsisilə özəldir, çünki USAID Administratorunun Avropa və Avrasiya üzrə müavininin köməkçisi qismində Azərbaycana ilk səfərimdir. Çox şadam ki, həm Bakıdan kənara səfər edərək gözəl Lənkəran və Qubada USAID-in çalışdığı insanlarla tanış ola, həm də Bakıda yüksək hökumət rəsmilərilə çox məhsuldar görüşlər keçirə bildim. Hər iki tərəf USAID və hökumət arasında tərəfdaşlığı genişəndirmək üçün müəyyən addımar haqqında razılığa gəldilər. Mən həmçinin vətəndaş cəmiyyyəti və mediya nümayənələrilə onların hökumətlə dialoquna necə dəstək göstərə biləcəyimizə dair töhfələrini öyrənmək üçün görüşdüm. Vətəndaş cəmiyyəti və mediya vətəndaşların ehtiyaclarını daha yaxşı qarşılamaq üçün hökumətə dəstək olan dəyərli vasitələrdir,” deyə səfərin sonunda cənab Sokolovski qeyd edib.

Bu səfər ərzində cənab Aleks Sokolovski Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Kənd təsərrüfatı naziri İnam Kərimov, İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov və Azərbaycan Respublikası Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynovla görüşərək iqtisadiyyatın şaxələndirilməsi və əsas islahatlara dəstək sahəsində USAID və Azərbaycan arasında uğurlu əməkdaşlığı müzakirə edib.

16 oktyabr tarixində cənab Sokolovski Lənkərana səfər edərək Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb. Görüşdə yerli kənd təsərrüfatın inkişafına dəstək və qadınlar və gənclər üçün iqtisadi imkanların artırılması sahəsində birgə əməkdaşlıq müzakirə edilib. Daha sonra o, USAID və Beynəlxalq Miqrasiya Təşkilatının dəstək göstərdiyi peşə təlimində iştirak etmiş gənclərlə görüşüb və gənclər üçün məşğulluq imkanlarının genişləndirilməsinə dair onların fikirləri ilə tanış olub. O həmçinin USAID-in dəstəyi ilə öz sitrus bağını müasirləşdirə və məhsuldarlığı artıra bilmiş qadın sahibkarla, habelə USAID-in əlavə maliyyə dəstəyi ilə yerli sitrus meyvələrinin yararlıq müddətini artırmağa kömək edən soyuducu anbar tikmiş digər sahibkarla da görüşüb. 2014-cü ildən USAID-in Azərbaycanda bunu kimi kənd təsərrüfatı müəssisələrinə texniki dəstək qismində 10 milyon ABŞ dolların dəyərində sərmayə 70 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı ixracı ilə nəticələnib. Bu, Azərbaycan sahibkarları üçün böyük nailiyyətdir.

17 oktyabr tarixində cənab Sokolovski Qubaya səfər edərək Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə görüşüb. Görüşdə yerli icmaların inkişafına və rayonun kənd təsərrüfatı sektoruna dəstək göstərən USAID-in hazırki layihələrinə dair tərəfdaşlıq müzakirə edilib. Cənab Sokolovski USAID-in dəstəklədiyi tinglik və arqar təlim mərkəzinə baş çəkib. Həmin mərkəz müxtəlif virussuz tinglərlə təmin edir, habelə yerli fermerlərə məhsuldarlığın artırılmasına dair təlimatlar verir.

Səfər ərzində cənab Sokolovski beynəlxalq təşkilatlar, digər donorlar, vətəndaş cəmiyyəti və media nümayəndələri ilə görüşüb. Cənab Sokolovski USAID-in işçisi kimi 2004-cü ildən Azərbaycana bir neçə dəfə səfər edib.
banner

Oxşar Xəbərlər