• çərşənbə axşamı, 23 aprel, 14:06
  • Baku Bakı 24°C

Uşağı kitab oxumağa necə həvəsləndirmək olar?

23.09.19 10:30 1317
Uşağı kitab oxumağa necə həvəsləndirmək olar?
Əgər uşaq oxumursa nə etməliyik? Bu sual çox valideynləri düşündürür. Müasir dövrdə uşaqlar daha çox kompüterlə maraqlanır, sosial şəbəkələr vasitəsilə müxtəlif informasiyanı mənimsəyir, video oyunlar, televiziya – bir sözlə bütün bunlarla əhatə olunan uşaqları artıq küçədə dostlarıyla oynayan görmək bel’ olmur, kitab əlində oxuyan bir uşaqla qarşılaşmaq isə möcüzə deməkdi. Buna baxmayaraq siz ümidinizi itirməyin. Bir uşağı kitab oxumağa cəlb etmək üçün bəzi məsləhətlərə əməl edin. Mütləq bunlardan biri sizin övladınızda kitaba sevgi yaradacaq.
1. Müxtəlif oyunlar vasitəsilə
Kitab oxumağı bir oyun halına gətirin. Müxtəlif uşaq nağıllarını teatr halında ev şəraitində uşaqlarınıza göstərməyə çalışın. Ailə üzvlərinizdən nənə və babalar tamaşaçı qismində sizə yardım edə bilərlər. Uşaqlarınızın dostlarını evə dəvət edib onlar arasında maraqlı müsabiqələr təşkil edin, ödül olaraq sonda aldığınız kitabları təqdim etmək olar. Boyama kitabları, kiçik şeirlərdən, nağıllardan ibarət rəngarəng şəkilli kitabları tez-tez övladınıza almağa çalışın.
2. İcazə verin övladınız istədiyini oxusun
Əgər övladınız məktəb siyahısına aid olan kitabları oxamağı imtina edirsə? bunu anlayışla qarşılayın. Ona başqa kitabları seçim etməyə kömək edin, o bilməlidi ki, dərs vəsaitlərindən əlavədə maraqlı kitablar mövcuddur – fantastika, maraqlı romanlar, satirik-yumoristik əsərlər, komikslər və s. Beləliklə övladınızı maraqlandıran janrı tapmağa kömək olmuş olarsınız.
3. Evdə böyük kitabxanaya sahib olun
Evdə kitabların olmaması və ya az olması o deməkdi ki, siz uşağa kitab oxumaq marağını yarada bilməyəcəksiniz. Evdəki kitabxananız zəngin və geniş olmalıdı ki, övladınız istədiyi zaman kitab rəfinə yaxınlaşıb istədiyi mövzuda kitab seçməyi bacarsın. Uşaq ensiklopediyası, Azərbaycan yazıçıları, rus və xarici yazarların əsərləri, müxtəlif xalqların nağılları, qalaktika, təbiət istənilən mövzuda kitablar olan bu cür zəngin kitabxanaya istənilən uşaq maraq göstərəcək.
4. Maraqlı gəlmədisə kitabı sona qədər oxumağa məcbur etməyin
Kitab maraqlı gəlmədisə, " övladınız oxamamaq bəhanələri axtarırsa onu kitabı bitirməyə məcbur etməyin. Rusiyanın məhşur marketoloqu İqor Mannın məsləhətinə əməl edin. "50 səhifəlik test" – əgər 50 səhifə oxuduqdan sonra kitab sizi özünə cəlb etmədisə, kitabı kənara qoymaq vaxtı çatıb.
5. Görünüşü ilə ilk baxışdan uşağı cəlb edəcək kitablar seçin
Psixoloqlar qeyd edirlər ki, təxminən 12 yaşadək uşaqlarda vizual-məzmunlu düşüncə mövcuddur. Buna görə uşaq kitablarının görünüşünə diqqət yetirmək vacibdir: zövqlə tərtib olunmuş rəngarəng bir örtük, maraqlı illüsstrasiyalar, kağızın keyfiyyəti çox önəmlidir. Kitabın görüntüsü uşağı cəlb etməli, kitaba olan sevgisini artırmalıdı.
6. Kitabları görünən yerdə buraxın bununla övladınızın diqqətini çəkəcəksiniz
Evdə kitabları hər yerə qoya bilərsiz – dünya mətbəxini, maraqlı reseptləri olan kitabları mətbəxə, yemək masasının üzərinə, oturma otağınıza moda, ev dizaynı, arxitektura ilə bağlı jurnal və kitabları, yataq otağınıza sevdiyiniz yazarın kitabını, uşaq otağında isə cürbəcür nağıl kitablarını yerləşdirin. Bununla siz bir növ artıq körpə yaşından övladınızda kitaba sevgi maraq aşılamış olacaqsız.
7. Övladınızla birgə oxuyun
Bu üsulun kiçik uşaqlar üzərində tətbiqi daha vacibdi. Belə ki, kiçik yaşlı uşaqlar valideynlərinə çox bağlı olurlar, onların elədiyi hər biri hərəkəti təkrarlamağa çalışırlar. Əziz valideynlər övladlarınızla gözəl və mənalı vaxt keçirmək istəyirsinizsə kitab oxumağa üstünlük verin.
Oxuya başlayarkən əsərdəki qəhrəmanların obrazlarını ifadəli oxumağa çalışın, obrazları öz aranızda bölüşərək oxuyun, hekayədəki hadisələrə görə reaksiya verməyə çalışın, gülüş yerində gülün, həyəcanlı hissələrdə isə qəhrəmanla birgə sizin vdə həyəcan keçirdiyiniz görsətməyə çalışın. Bu zaman övladınız əsəri daha diqqətlə və maraqla dinləyəcək.

İnternet materialları əsasında hazırlayan: Elcan Salmanqızı

banner

Oxşar Xəbərlər