Ural Federal Universitetinin professoru ADU-da mühazirə oxuyub
Rusiyanın Ural
Federal Universitetinin professoru, Xarici regionşünaslıq kafedrasının müdiri
Aleksandr Nesterov Azərbaycan Dillər Universitetinin (ADU) tələbələrinə "Avropa
İttifaqının hüquqi əsasları” mövzusunda mühazirə oxuyub.
Qeyd
edək ki, ADU ilə B.Yeltsin adına Ural Federal Universiteti arasında imzalanmış əməkdaşlıq
müqaviləsinə əsasən professor A.Nesterovun iştirakı ilə 15 dekabr 2017-ci il
tarixinədək "Müasir Rusiyanın xarici siyasəti” haqqında ustad dərsləri, "XXI əsrdə
Rusiya: dövlətçiliyin yeni modelinin formalaşması” mövzusunda dəyirmi masa, Rusiyaşünaslıq
və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyalarının əməkdaşları və pedaqoji
heyətlə görüşlər təşkil olunacaq.