AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ulvira Qarayeva yenidən efirə qayıdır

Ulvira Qarayeva yenidən efirə qayıdır

Təfsilat
19 Avqust 2013, 13:31 1458
Bir müddət əvvəl ANS-dən çıxarıldığı bildirilən aparıcı Ulvira Qarayeva yeni layihəyə başlayır. Bu barədə Mövqe.az-a o özü məlumat verib. Ulvira Qarayeva sentyabrdan efirdə görünəcəyini deyib.

Amma bəzi məqamları gizli saxlamağı üstün tutub: "Kanalların birində yeni bir layihə ilə tamaşaçıların görüşünə gələcəm. Əslində həmin verilişin hazırlıq işləri çoxdan başlanılıb. Sosial yönümlü veriliş olacaq. Yaxın 3-4 günə anonslar yayımlanacaq. Sentyabrdan isə verilişə start veriləcək. Hələlik telekanalın və verilişin adını açıqlamıram”. Ülvira Qarayeva hamını, xüsusilə də onu sevənləri səbirli olmağa çağırıb: Demək istəyirəm ki, səbirli olun, möhtəşəm layihə ilə gəlirəm. Çox az qaldı”.