• cümə axşamı, 25 aprel, 14:41
  • Baku Bakı 23°C

Ukraynalı şərhçilərin “kral”a layiq otağı

27.04.17 15:30 1036
Ukraynalı şərhçilərin “kral”a layiq otağı
Ukrayna futbolunda maliyyə böhranı uzun müddətdir ki, davam edir.

Kaspi.az xəbər verir ki, maliyyə böhranı futbol təsərrüfatının bütün qollarına təsir edib. O cümlədən oyunlardan reportaj hazırlayan şərhçilərə də.

Ukraynalı şərhçilər çox ağır şəraitdə işləməyə məcburdurlar. Ukraynalı şərhçi Dmitri Povoroznyukun "facebook”da yerləşdirdiyi şəkil jurnalistlərin ağır şəraitdə işləməsini çılpaqlığı ilə göstərir.

Onun sosial şəbəkədə yerləşdirdiyi şəkil Ukraynanın birinci divizionunda çıxış edən Nikolaev şəhərinin eyniadlı klubunun stadionunda çəkilib. Dmitri şəklə belə şərh yazıb:

"Nikolaev bu qədər bərbaddır... Kim deyir ki, şərhçi olmaq asandı? Hamıya Nikolaevdən salamlar”.

banner

Oxşar Xəbərlər