• cümə, 29 Mart, 10:01
  • Baku Bakı 5°C

Ukraynalı deputat: “Xocalı faciəsini törədənlər cəzalandırılmalıdır”

21.02.17 14:15 800
Ukraynalı deputat: “Xocalı faciəsini törədənlər cəzalandırılmalıdır”
"Ukrayna ilə Azərbaycan strateji tərəfdaşdır”.APA-nın xəbərinə görə, bunu Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Maksim Kuryaçiy deyib.
M. Kuryaçiy indiyədək iki ölkə arasında 131 sənəd imzalandığını xatırladıb: "Ukrayna həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Biz bu il 25 ili tamam olanXocalıfaciəsini törədənlərin cəzalandırılmasını istəyirik və acınızı bölüşürük”.
Qonaq qeyd edib ki, Ukrayna ilə Azərbaycan arasında iqtisadi və ticarət münasibətləri inkişaf etməlidir: "2016-cı ilin ikinci yarısında Azərbaycanın Ukraynaya birbaşa sərmayələri 6% artaraq 200 milyon dolları ötüb. Azərbaycan məhsullarının Ukraynana ixracı 50 faiz artıb. Ukraynanın bu fonda göstəriciləri güclü deyil. Ukrayna Azərbaycanla enerji, hərbi-texniki sahələrdə əməldaşlıqda maraqlıdır”.
banner

Oxşar Xəbərlər