• şənbə, 20 Aprel, 16:20
  • Baku Bakı 23°C

Ukraynada müştəri kassirin onunla rus dilində danışmasına görə polis çağırıb

17.09.17 17:30 800
Ukraynada müştəri kassirin onunla rus dilində danışmasına görə polis çağırıb
Ukrayna hipermarketlərindən birində müştəri ilə kassir arasında rus dilində danışmaq üstündə insident baş verib.
"Report" xəbər verir ki, bu barədə alıcı sosial şəbəkələrdə məlumat verib.
Hipermarketin kassiri Ukrayna dilində danışan müştəriyə onu başa düşmədiyini bildirib və alıcı ilə rus dilində danışmağa başlayıb.
Kişi müştəri qadın kassirin Ukrayna qanunlarını pozduğunu hesab edib.
"O utanmadan deyir ki, "mən Ukrayna dilini başa düşmürəm. Ümumiyyətlə mən rusam". Mən inzibatçını çağırmağı və şikayət kitabçasını tələb etdim", - deyə o bildirib.
Alıcıya şikayət kitabçası verilməyib, bundan sonra o, polis çağırmaq qərarına gəlib.
banner

Oxşar Xəbərlər