• cümə axşamı, 28 mart, 14:55
  • Baku Bakı 16°C

Ukraynada azərbaycanlı iş adamı itkin düşüb

13.05.17 19:14 1651
Ukraynada azərbaycanlı iş adamı itkin düşüb
Ukraynanın Luqansk vilayətində azərbaycanlı iş adamı itkin düşüb. Luqansk vilayəti Azərbaycanlıları KonqresindənAPA-ya verilən məlumata görə, əslən Azərbaycanın Gəncə şəhərindən olan, 1970-ci il təvəllüdlü İsmayılov İsmayıl Qulu oğlu vilayətin Lisiçansk şəhəri ətrafında yaşadığı mülkdən yoxa çıxıb.
İş adamının səhər evdən çıxdığı və artıq bir həftədir geri dönmədiyi, onunla əlaqənin kəsildiyi bildirilir. İ.İsmayılov kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğuldur.
Xatırladaq ki, Luqansk münaqişə bölgəsi olsa da, Lisiçansk Ukraynanın nəzarətindədir.
Qeyd edək ki, son vaxtlar Ukraynada bir sıra azərbaycanlı iş adamları, bəzilərinin isə övladları oğurlanır və onların sərbəst buraxılması üçün pul tələb olunur. Bir müddət öncə isə Azərbaycan şirkətlərinə məxsus 20-dən çox yük maşını oğurlanıb.
banner

Oxşar Xəbərlər