• cümə, 29 Mart, 15:56
  • Baku Bakı 14°C

Ukrayna XİN: Konsulun Sankt-Peterburqda saxlanılması təxribatdır

17.04.21 16:30 1183
Ukrayna XİN: Konsulun Sankt-Peterburqda saxlanılması təxribatdır

"Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Ukraynanın Sankt-Peterburqdakı Baş Konsulluğunun əməkdaşının saxlanılması Rusiyanın sabitliyi pozan hərəkətləri fonunda növbəti təxribatdır".

APA-nın "Ukrinform"a istinadən verdiyi xəbərə görə, bunu Ukrayna Xarci İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko deyib.

O bildirib ki, hazırda diplomat Ukrayna konsulluğundadır:"Saxlanılma halı araşdırılır. Yaxın zamanda Ukrayna tərəfi mövcud təcrübəni nəzərə alaraq bu təxribata cavab formasına qərar verəcək".

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti aprelin 16-da Ukraynanın Sankt-Peterburqdakı Baş konsulu Aleksandr Sosonyukun saxlanılması barədə məlumat yayıb. Bildirilib ki, ukraynalı diplomat RF vətəndaşı olan bir şəxslə görüşüb və o, Rusiya hüquq-mühafizə orqanlarının və Federal Təhlükəsizlik Xidmətinin məlumat bazalarından götürülən məxfi məlumatı alarkən saxlanılıb.
banner

Oxşar Xəbərlər