• çərşənbə, 24 Aprel, 23:28
  • Baku Bakı 23°C

Ukrayna Rusiyadan şikayət etdi

06.11.13 08:46 1088
Ukrayna Rusiyadan şikayət etdi
Rəsmi Kiyev Ukrayna qənnadıçılarının maraqlarının Rusiya tərəfindən sıxışdırılması ilə bağlı Ümumdünya Ticarət Təşkilatına müraciət edib.
APA-nın məlumatına görə, bu barədə “İnterfaks” Ukraynanın iqtisadi inkişaf və ticarət naziri İqor Prasolova istinadla məlumat yayıb.
Onun sözlərinə görə, hazırda Ukrayna tərəfi yaranmış vəziyyətlə bağlı gələcək addımlarını müəyyənləşdirir.
Qeyd edək ki, bu ilin oktyabrın sonlarında Roshen korporasiyası Ukraynanın İqtisadi İnkişaf və Ticarət Nazirliyinə müraciət edərək Ümumdünya Ticarət Təşkilatı çərçivəsində Rusiya ilə şirkət arasında yaranmış problemin araşdırılmasını xahiş edib.
Xatırladaq ki, Rusiyanın İstehlak Bazarına Nəzarət Xidməti (Rospotrebnadzor) iyulun sonunda Roshen şirkətinin məhsullarının Rusiyaya idxalına qadağa qoyub. Xidmət bu addımı şirkətin istehsal etdiyi qənnadı məhsullarının keyfiyyət və təhlükəsizlik tələblərinə uyğun olmaması ilə əsaslandırıb.
banner

Oxşar Xəbərlər