• cümə axşamı, 28 mart, 21:42
  • Baku Bakı 13°C

UEG: Bakı batut gimnastikası üzrə Avropa Çempionatına tam hazırdır

01.09.17 18:10 1192
UEG: Bakı batut gimnastikası üzrə Avropa Çempionatına tam hazırdır
Bakıda Milli Gimnastika Arenası 2018-ci ildə batut gimnastikası, akrobatika və ikiqat mini batut üzrə Avropa Çempionatını qəbul etməyə tam hazırdır.
Bunu Trend-ə Bakıda olan Avropa Gimnastika İttifaqının (UEG) batut gimnastikası üzrə texniki komitəsinin prezidenti Vladimir Zeman deyib.
Onun sözlərinə görə, Bakıdakı arena bu cür böyük yarışların keçirilməsi üçün Avropada olan ən yaxşı arenalardan biridir:"Biz Bakıya ilk növbədə yarışların hazırlığı ilə tanış olmağa gəlmişik. Eləcə də iki gün ərzində texniki komitənin iclaslarını keçirəcəyik. Mən deyə bilərəm ki, Mili Gimnastika Arenası Avropanın ən yaxşı arenalarından biridir. Belə ki, bu arena gimnastikanın bütün növləri üçün uyğundur".
Onun sözlərinə görə, Bakı həmçinin belə iri yarışların keçirilməsində böyük təcrübəyə malikdir:"İki il əvvəl Bakıda yüksək səviyyədə Avropa Oyunları keçirilib. Bundan başqa Bakı iki Dünya Kuboku yarışlarını qəbul edib: batut gimnastikası və digər gimnastika növləri üzrə".
V.Zemanın fikrincə arena batut üzrə Dünya Çempionatını da qəbul etməyə hazırdır:"Bu növbəti addım olmalıdır. Siz dəfələrlə Dünya Kuboku yarışlarını qəbul etmisiniz. Gələn il isə Avropa birinciliyi keçiriləcək. Niyə də Dünya Çempionatı sizdə keçirilməsin? Düşünürəm ki, siz buna tam hazırsınız".
banner

Oxşar Xəbərlər